Gürcüstanın Azərbaycandan keramika idxalına çəkdiyi xərci 9 dəfə artıb

Biznes
  • 01 fevral, 2025
  • 13:34
Gürcüstanın Azərbaycandan keramika idxalına çəkdiyi xərci 9 dəfə artıb

2024-cü ildə Gürcüstan Azərbaycandan 789 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən 9 dəfə çoxdur.

Ötən il Gürcüstan xarici ölkələrdən 120 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 6 % azdır.

Hesabat dövründə Gürcüstan İrandan 30 milyon ABŞ dolları, Çindən 23 milyon ABŞ dolları, Türkiyədən 21 milyon ABŞ dolları, İspaniyadan 20 milyon ABŞ dolları, İtaliyadan 8,3 milyon ABŞ dolları dəyərində məhsul alıb.