Gürcüstanın Azərbaycandan keramika idxalına çəkdiyi xərci 26 dəfə artıb

Biznes
  • 20 iyul, 2024
  • 13:57
Gürcüstanın Azərbaycandan keramika idxalına çəkdiyi xərci 26 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 262 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 26 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 55 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 18 % azdır.

Bu ilin ilk 6 ayında Gürcüstan İrandan 14 milyon ABŞ dolları, İspaniyadan 11 milyon ABŞ dolları, Çindən 10 milyon ABŞ dolları, Türkiyədən 9,5 milyon ABŞ dolları, İtaliyadan 4 milyon ABŞ dolları dəyərində məhsul alıb.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 128 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bunun da 89 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti