Gürcüstanın Azərbaycandan kauçuk alışına çəkdiyi xərc aylıq 8 dəfə artıb

Biznes
  • 20 avqust, 2024
  • 10:41
Gürcüstanın Azərbaycandan kauçuk alışına çəkdiyi xərc aylıq 8 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 235 min ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 94 % çoxdur.

Gürcüstana Azərbaycandan tədarük olunan kauçuk və kauçuk məmulatları əvvəlki aya nisbətən iyulda 8 dəfə artaraq 31 min ABŞ dolları təşkil edib.

7 ay ərzində Gürcüstan xarici ölkələrdən 88 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 6 % çoxdur. O cümlədən, Gürcüstan Çindən 31,7 milyon ABŞ dolları dəyərində, Türkiyədən 14,3 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 5,95 milyon ABŞ dolları dəyərində, Almaniyadan 5,78 milyon ABŞ dolları dəyərində, Yaponiyadan 5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 156 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bunun da 204 min ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi