Gürcüstanın Azərbaycandan içki və tütün idxalının dəyəri 9 dəfə artıb

Biznes
  • 28 mart, 2024
  • 10:27
Gürcüstanın Azərbaycandan içki və tütün idxalının dəyəri 9 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 978,5 min ABŞ dolları dəyərində içki və tütün idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 9 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 34,3 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 18,3 % çoxdur. O cümlədən Gürcüstan Litvadan 4,36 milyon ABŞ dolları, Türkiyədən 4,12 milyon ABŞ dolları, Ukraynadan 3,36 milyon ABŞ dolları, Ermənistandan 2,3 milyon ABŞ dolları, İtaliyadan 2 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 286 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti