Gürcüstanın Azərbaycandan içki və tütün alışına çəkdiyi xərci avqustda 4 dəfə artıb

Biznes
  • 21 sentyabr, 2024
  • 12:49
Gürcüstanın Azərbaycandan içki və tütün alışına çəkdiyi xərci avqustda 4 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 18,3 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 4,5 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Təkcə avqustda Gürcüstan Azərbaycandan 2,68 milyon ABŞ dolları dəyərində içki və tütün alıb. Bu, bir əvvələ nisbətən 4 dəfə çoxdur.

Bu ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrdən 198,2 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 10 % çoxdur. O cümlədən Gürcüstan Litvadan 30,8 milyon ABŞ dolları, Türkiyədən 27,8 milyon ABŞ dolları, Ermənistandan 17 milyon ABŞ dolları, Rusiyadan 8 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 286 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi