Gürcüstanın Azərbaycandan içki və tütün alışına çəkdiyi xərci 79 % artıb

Biznes
  • 20 iyun, 2025
  • 14:12
Gürcüstanın Azərbaycandan içki və tütün alışına çəkdiyi xərci 79 % artıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 13,7 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 79 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Təkcə mayda Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində içki və tütün alıb. Bu, bir əvvələ nisbətən 24 % çoxdur.

Bu ilin ilk 5 ayında Gürcüstan xarici ölkələrdən 123 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 13 % çoxdur. O cümlədən Gürcüstan Ermənistandan 16 milyon ABŞ dolları, Litvadan 15,5 milyon ABŞ dolları, Türkiyədən 12 milyon ABŞ dolları, Rusiyadan 9,64 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 310 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 33 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.