Gürcüstanın Azərbaycandan alüminium idxalı 15 ilin maksimumuna çatıb

Biznes
  • 20 fevral, 2024
  • 12:39
Gürcüstanın Azərbaycandan alüminium idxalı 15 ilin maksimumuna çatıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 54 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ildə yanvar ayı üçün ən yüksək göstəricisidir və ötən ilin eyni dövrünün göstəricisindən 26 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 9,5 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 16 % çoxdur.

Ötən ay Gürcüstan Türkiyədən 5,9 milyon ABŞ dolları, İtaliyadan 985 min ABŞ dolları, Çindən 642 min ABŞ dolları, Rusiyadan 545 min ABŞ dolları, Almaniyadan 362 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 139 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 739 min ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi