Gürcüstanın Azərbaycandan alüminium alışına çəkdiyi xərc kəskin artıb
- 27 noyabr, 2024
- 05:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 980 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,7 dəfə çoxdur.
Təkcə oktyabr ayında Gürcüstan Azərbaycandan 60 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb. Bu, bir əvvələ nisbətən 2 dəfə çoxdur.
Bu ilin ilk 10 ayı ərzində Gürcüstan xarici ölkələrdən 125,35 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 10,2 % çoxdur. O cümlədən Gürcüstan Türkiyədən 76 milyon ABŞ dolları, Çindən 11,5 milyon ABŞ dolları, Rusiyadan 10,5 milyon ABŞ dolları, İtaliyadan 6 milyon ABŞ dolları, Ukraynadan 2,5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 139 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 739 min ABŞ dolları Azərbaycanın payına düşüb.