Gürcüstanın Azərbaycana avtomobil ehtiyat hissələri ixracı 43 % artıb
- 20 dekabr, 2023
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 3 milyon ABŞ dolları dəyərində 127 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33,4 %, kəmiyyət olaraq – 43 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 12,71 milyon ABŞ dolları dəyərində 732 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 15 % çoxdur.
2023-cü ilin 11 ayı ərzində Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 2,5 milyon ABŞ dolları dəyərində 134 ton, Ermənistana 2,1 milyon ABŞ dolları dəyərində 220 ton, Amerika Birləşmiş Ştatlarına 1,4 milyon ABŞ dolları dəyərində 101 ton, Türkiyəyə 1,18 milyon ABŞ dolları dəyərində 49,5 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 11,85 milyon ABŞ dolları dəyərində 692 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,5 milyon ABŞ dolları dəyərində 98,2 tonu Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan sözügedən məhsulların tədarükünə çəkdiyi xərci 19 %, onun həcmi isə 6,5 % artıb.