Gürcüstandan ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Gürcüstandan ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Biznes
8 Dekabr , 2021 14:43
Gürcüstandan ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, üzərində olan gödəkçənin cibindəki sellofan torbadan qablaşdırması ilə birgə ümumi çəkisi 36 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi