Gürcüstanda II rübdə yük daşımalarında Azərbaycanın payı açıqlanıb

Biznes
  • 18 avqust, 2023
  • 07:33
Gürcüstanda II rübdə yük daşımalarında Azərbaycanın payı açıqlanıb

Bu ilin II rübündə Gürcüstana daxil olan yüklərin dəyər baxımından 26,7%-li hissəsi Azərbaycandan daşınıb.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, qonşu ölkəyə daxil olan yüklərin dəyərində Rusiya 53,2 %, Türkmənistan 3,3 %, Rumıniya 2,6 %, Türkiyə 2,3 %, Çin və Belarus hər biri 0,1 %, Qazaxıstan isə 0,5 % paya malik olub.

II rübdə Gürcüstandan xaric olan yüklərin isə dəyər baxımından 20 %-i Qazaxıstana, 11,5 %-i Ermənistana, 8,5 %-i Rusiyaya 4,3 %-i isə Azərbaycana daşınıb.

44 filmi