Gürcüstanda gələn ildən dərialtı çiplər satışa çıxarılacaq
- 10 dekabr, 2021
- 06:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn ilin mart ayından Gürcüstanda dərialtı çiplər əldə etmək mümkün olacaq.
“Report”un yerli bürosu xəbər verir ki, mikroçiplər “Apple”ın Gürcüstanda rəsmi satış şirkəti olan “iPlus”un mağazalarında satışa çıxarılacaq.
“BioHax International” şirkətinin istehsalı olan dərialtı çiplər bir sıra funksiyaları özündə birləşdirir. Sağ və ya sol əlin baş barmağının dəri altına bərkidilən düyü dənəsi ölçüsündə olan implant pasport, kredit kartı, həmçinin maşın və ya evin açarlarını əvəzləyə bilir.
Təqribən 50 min çipdən ibarət ilk partiya Gürcüstana 2022-ci ilin yanvar ayının əvvəllərində tədarük olunacaq. RFID sistemi üzrə proqramlaşdırılacaq çiplərin pərakəndə satış və servis xidmətinin qiyməti gələn ilin ikinci yarısında məlum olacaq.
Qeyd edək ki, “BioHax” çiplərindən dünyada 30 min nəfərə yaxın insan istifadə edir.