Gürcüstanda elektrik avtomobillərin istehsalı təxirə salınıb

Gürcüstanda elektrik avtomobillərin istehsalı təxirə salınıb Gürcüstanda elektrik maşınların istehsalı 2022-ci ilə qədər təxirə salınıb
Biznes
16 Fevral , 2021 10:37
Gürcüstanda elektrik avtomobillərin istehsalı təxirə salınıb

Gürcüstanda elektrik maşınların istehsalı 2022-ci ilə qədər təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “IPN” agentliyinə bildirib.

Onun sözlərinə görə, pandemiya səbəbindən investor Kutaisidə avtomobillərin istehsalına başlaya bilməyib.

Nazir şirkətə öhdəliklərini yerinə yetirmək üçün əlavə vaxtın verildiyini deyib.

Gürcüstanda elektrik maşınların istehsalına 2020-ci ildə start veriləcəyi planlaşdırılırdı. Avtomobillərin daxili bazarla yanaşı, Avropa İttifaqı ölkələrinə ixrac olunması da nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi