Gürcüstanda çörək qıtlığı gözlənilir?

Gürcüstanda çörək qıtlığı gözlənilir? “Gürcüstanın iki aylıq un ehtiyatı var, buna görə də çörək istehsalı təhlükə altında deyil”.
Biznes
13 May , 2022 17:15
Gürcüstanda çörək qıtlığı gözlənilir?

“Gürcüstanın iki aylıq un ehtiyatı var, buna görə də çörək istehsalı təhlükə altında deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze deyib.

Onun sözlərinə görə, kəskin qiymət artımına görə Gürcüstana buğda idxal edilmir: “Lakin bəzi unüyüdən müəssisələr un tədarük edirlər və bu tendensiya buğdanın qiyməti sabitləşənə qədər saxlanılacaq”.

Məsələyə münasibət bildirən Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Giorgi Xanişvili deyib ki, un idxalı avtomatik olaraq buğda ehtiyatının azalmasına gətirib çıxarıb.

O bildirib ki, Gürcüstan əhalisinin ucuz çörək əldə etməsi üçün hökumət ucuz unun idxalını asanlaşdırıb və ölkədə un ehtiyatı ilə bağlı problem mövcud deyil.

Nazir müavini qeyd edib ki, ölkədə hər hansı bir qida məhsulu ilə bağlı qıtlıq yoxdur: “Gürcüstan istənilən ərzaq məhsulu ilə təmin olunur, hər hansı bir qida məhsulunun defisiti ilə bağlı əlamət müşahidə edilmir”.

Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava ölkədə 10 günlük buğda ehtiyatının qaldığını bildirib. O qeyd edib ki, son aylar ərzində Gürcüstan minimal həcmdə buğda idxal etdiyindən dəyirmanlar dayanıb.

Son xəbərlər

Orphus sistemi