Gürcüstanda çörək bahalaşa bilər 

Gürcüstanda çörək bahalaşa bilər  Gürcüstanda istehsalçılar un və çörək məmulatlarının qiymətini sabit saxlamaqda çətinliklə üzləşiblər.
Biznes
27 Noyabr , 2020 13:46
Gürcüstanda çörək bahalaşa bilər 

Gürcüstanda istehsalçılar un və çörək məmulatlarının qiymətini sabit saxlamaqda çətinliklə üzləşiblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Buğda və Un İstehsalçıları Assosiasiyası və Çörək İstehsalçıları Birliyinin birgə bəyanatında bildirilib.

Qeyd olunub ki, dövlət daxili bazarda stimullaşdırıcı tədbirlər görməsə, I sort buğda ununun 50 kiloqramlıq kisəsi 10 lari bahalaşacaq ki, bu da əldə olunacaq məhsulun qiymətinə təsir göstərəcək.

Sənəddə vurğulanıb ki, yaxın gələcəkdə dövlətin bazara müdaxilə etməyəcəyi halda çörək və unun cari qiymətini sabit saxlamaq mümkün olmayacaq.

Qeyd edək ki, COVID-19 pandemiyasının birinci dalğası zamanı (mart-aprel) Gürcüstan hökuməti buğda və I sort unun idxalı ilə bağlı subsidiya proqramı həyata keçirib. Məqsəd unun qiymətini sabit saxlamaq və ölkədə buğda ehtiyatının yaradılması olub.

Son xəbərlər

Orphus sistemi