Gürcüstanda 70-dən çox Azərbaycan sərmayəli yeni şirkət qeydiyyata alınıb
- 21 iyun, 2022
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Gürcüstanda 74 Azərbaycan kapitallı şirkət qeydiyyata alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “BusinessPress” nəşri yazıb.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına əsasən, həmin şirkətlərin 5-i Azərbaycan-Gürcüstan birgə müəssisəsidir.
Hesabat dövründə Gürcüstanda qonşu ölkələrin sərmayələri hesabına 800 biznes subyekt qeydiyyatdan keçib ki, onların da 101-i birgə müəssisədir.
İlk 5 ayda qonşu ölkədə ən çox Rusiya investisiyalı şirkət (409) qeydiyyata alınıb. Gürcüstanda yeni təsis olunan Türkiyə şirkətlərinin sayı 281, Ermənistan sərmayəli şirkətlərin sayı isə 36 təşkil edib.
Hazırkı dövrədək Gürcüstanda qeydiyyatdan keçmiş Azərbaycan kapitallı şirkətlərin sayı 1 000-dən çoxdur.