Gürcüstana qoyulan xarici investisiyalar 2 dəfə artıb

Biznes
  • 11 mart, 2022
  • 07:08
Gürcüstana qoyulan xarici investisiyalar 2 dəfə artıb

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (BXİ) həcmi 1 milyard 152,8 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə BXİ-nin həcmi 2 dəfə artıb.

2021-ci ildə qonşu ölkənin ilk beş ən böyük investoru Böyük Britaniya (596,6 milyon dollar), Niderland (125,9 milyon dollar), Çexiya (81,8 milyon dollar), Türkiyə (64,7 milyon dollar) və Rusiya (58,6 milyon dollar) olub.

Hesabat ilində ən çox sərmayə maliyyə, əyləncə və rekreasiya, energetika, istehsal, daşınmaz əmlak, sağlamlıq və sosial xidmətlər, tikinti, kənd təsərrüfatı və balıqçılıq, mehmanxana və restoranlar, nəqliyyat sahələrinə yönəldilib.