Gürcüstan Türkmənistanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir

Gürcüstan Türkmənistanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir Türkmənistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Sərdar Berdıməhəmmədovla görüşüb.
Biznes
20 İyul , 2022 12:08
Gürcüstan Türkmənistanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
İrakli Qaribaşvili

Türkmənistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Sərdar Berdıməhəmmədovla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanları müzakirə ediblər.

Görüşdə regional nəqliyyat layihələri və onların gələcək inkişafı məsələlərinə də toxunulub. Qeyd olunub ki, strateji layihələrin reallaşdırılması Asiya və Avropa arasında Xəzər və Qara dəniz vasitəsilə yükdaşımalarının effektivliyi və təhlükəsizliyini artırır ki, bu da öz növbəsində ticari-iqtisadi münasibətlərin genişləndirilməsi və regionalrarası əlaqələrin inkişafına təkan verir.

Vurğulanıb ki, Gürcüstan yeni avtomobil və dəmir yollarının tikintisinə, dəniz limanlarının imkanlarının genişləndirilməsinə böyük investisiyalar qoyur və ölkə ərazisindən Qara dənizə istiqamətlənən dəhlizdən istifadə Türkmənistan üçün əlverişlidir.

Tərəflər enerji sahəsində strateji tərəfdaşlığa da toxunublar və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi