Gürcüstan sentyabrda Azərbaycandan siqaret idxalına çəkdiyi xərci 9 dəfə artırıb
- 21 oktyabr, 2024
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 21,1 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə sentyabrda Gürcüstan Azərbaycandan 3,45 milyon ABŞ dolları dəyərində siqaret alıb. Bu isə bir il əvvələ nisbətən 9 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 119,4 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 1 % azdır. O cümlədən Gürcüstan Litvadan 32,9 milyon ABŞ dolları, Ermənistandan 18,6 milyon ABŞ dolları, Türkiyədən 13,4 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən isə 9,4 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.