Gürcüstan ötən il Azərbaycandan mis və mis məmulatları alışını kəskin artırıb
- 23 yanvar, 2024
- 14:04
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Gürcüstan Azərbaycandan 1,9 milyon ABŞ dolları dəyərində mis və mis məmulatları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana mis və mis məmulatları tədarük edən 45 ölkə sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 38 milyon ABŞ dolları dəyərində mis və mis məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 27 % çoxdur.
Ötən il Gürcüstan Özbəkistandan 21 milyon ABŞ dolları dəyərində, Türkiyədən 3,4 milyon ABŞ dolları dəyərində, Mərakeşdən 3,15 milyon ABŞ dolları dəyərində, Ermənistandan 1,54 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 30,2 milyon ABŞ dolları dəyərində mis və mis məmulatları alıb ki, bunun da 897 min ABŞ dolları Azərbaycanın payına düşüb.