Gürcüstan ötən il Azərbaycandan 782 ton çay alıb

Biznes
  • 20 yanvar, 2022
  • 08:33
Gürcüstan ötən il Azərbaycandan 782 ton çay alıb

2021-ci ildə Gürcüstan Azərbaycandan 4,94 milyon ABŞ dolları dəyərində 782,06 ton çay idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məhsulun həcmi illik müqayisədə təxminən 4 ton artıb.

Ötən il Azərbaycan da Gürcüstandan çay alıb. Qida məhsulunun həcmi 335,97 ton, dəyəri isə 2,29 milyon ABŞ dolları təşkil edib.

İllik müqayisədə həcmdə 11,4 % artım qeydə alınıb.

44 filmi