Gürcüstan ötən ay Azərbaycana rekord həcmdə kakao ixrac edib

Biznes
  • 21 fevral, 2024
  • 11:35
Gürcüstan ötən ay Azərbaycana rekord həcmdə kakao ixrac edib

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 91 min ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ildə yanvar ayı üçün ən yüksək göstəricidir, ötən ilin eyni dövrünə nisbətən 73 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın kakao və kakao məhsulları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 630 min ABŞ dolları dəyərində kakao və kakao məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 30 % azdır.

Ötən ay Gürcüstandan Ermənistana 236 min ABŞ dolları, İrana 159 min ABŞ dolları, Özbəkistana 58 min ABŞ dolları, İraqa 52 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 10,3 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib ki, bunun da 1,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.