Gürcüstan bu il Azərbaycandan rekord dəyərdə siqaret idxal edib

Biznes
  • 20 dekabr, 2023
  • 12:21
Gürcüstan bu il Azərbaycandan rekord dəyərdə siqaret idxal edib

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 6 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ilin rekord göstəricisidir, eyni zamanda da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,5 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən 20 ölkə sırasında 6-cı yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 140 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 28 % çoxdur.

11 ay ərzində Gürcüstan Türkiyədən 53,5 milyon ABŞ dolları, Ermənistandan 25,4 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 19,73 milyon ABŞ dolları, İrandan 10,94 milyon ABŞ dolları, Özbəkistandan isə 9,3 milyon ABŞ dolları dəyərindən siqaret idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 130 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 474 min ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci ildə Gürcüstan Azərbaycandan siqaret tədarük etməyib.

44 filmi