Gürcüstan bu il Azərbaycandan rekord dəyərdə keramika alıb

Biznes
  • 21 may, 2024
  • 12:58
Gürcüstan bu il Azərbaycandan rekord dəyərdə keramika alıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 153,3 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, son 15 ilin eyni dövrü üçün ən yüksək göstəricidir və bir il əvvələ nisbətən 21 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 34,6 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 17 % azdır.

Bu ilin ilk 4 ayında Gürcüstan İrandan 8,9 milyon ABŞ dolları, İspaniyadan 7 milyon ABŞ dolları, Türkiyədən 5,6 milyon ABŞ dolları, Çindən 5,4 milyon ABŞ dolları, İtaliyadan 3,1 milyon ABŞ dolları dəyərində məhsul alıb.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 128 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bunun da 89 min ABŞ dolları Azərbaycanın payına düşüb.