Gürcüstan bu il Azərbaycana rekord dəyərdə alüminium tədarük edib
- 21 may, 2024
- 13:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 838 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ildə eyni dövr üçün ən yüksək göstəricisidir və bir il əvvələ nisbətən 56 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın analoji məhsul tədarük etdiyi ölkələr sırasında 4-cü olub.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 12,6 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar satıb ki, bu da bir il əvvəlki göstəricidən 35,4 % çoxdur.
4 ay ərzində Gürcüstan Türkiyəyə 6 milyon ABŞ dolları, Ermənistana 3,3 milyon ABŞ dolları, Çinə 1,1 milyon ABŞ dolları, Yaponiyaya 634 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricə 32,1 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar satıb ki, bunun da 2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.