Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb

Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb Gürcüstan bu ilin yanvar-avqust aylarında Azərbaycandan 10,6 milyon ABŞ dolları dəyərində 212,5 min ton sement idxal edib.
Biznes
25 Sentyabr , 2020 11:39
Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb

Gürcüstan bu ilin yanvar-avqust aylarında Azərbaycandan 10,6 milyon ABŞ dolları dəyərində  212,5 min ton sement idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunan sementin həcmində 22,7% azalma olub.   

Hesabat dövründə Gürcüstan Azərbaycandan 7,5 milyon ABŞ dolları dəyərində 17,1 min ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar da alıb. Ötən ilin eyni göstəricisi ilə müqayisədə bu tikinti materialının idxal həcmi 25,5% azalıb.

İlk 8 ayda qonşu ölkə Azərbaycandan 74,4 min ton gips, anhidrit, gipsli bağlayıcılar da tədarük edib. Bu həcm ötən ilin analoji göstəricisindən 3,6% çoxdur.

Son xəbərlər

Orphus sistemi