Gürcüstan Azərbaycandan tekstil idxalına çəkdiyi xərci ötən ay 2 dəfə artırıb
- 23 yanvar, 2025
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Gürcüstan Azərbaycandan 3,28 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən 12 % azdır.
Təkcə dekabrda Gürcüstan Azərbaycandan 379 min ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları alıb. Bu, bir il əvvələ nisbətən 2 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 663 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 11 % çoxdur.
Gürcüstana Türkiyədən 292 milyon ABŞ dolları dəyərində, Çindən 118 milyon ABŞ dolları dəyərində, İspaniyadan 62 milyon ABŞ dolları dəyərində, İtaliyadan 41 milyon ABŞ dolları dəyərində, Almaniyadan 15,7 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.