Gürcüstan Azərbaycandan siqaret idxalını 15 dəfə artırıb

Biznes
  • 27 mart, 2024
  • 09:18
Gürcüstan Azərbaycandan siqaret idxalını 15 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 832 min ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən 12 ölkə sırasında 5-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 12 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 26 % azdır. O cümlədən Gürcüstan Litvadan 4,3 milyon ABŞ dolları, Ermənistandan 1,97 milyon ABŞ dolları, Çexiyadan 1,74 milyon ABŞ dolları, Türkiyədən isə 993 min ABŞ dolları dəyərindən siqaret idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

44 - Tezliklə