Gürcüstan Azərbaycandan siqaret alışını kəskin artırıb
- 20 fevral, 2024
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 119 min ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən 11 ölkə sırasında 7-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 3,2 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 44 % azdır. O cümlədən Gürcüstan Litvadan 1,7 milyon ABŞ dolları, Türkiyədən 408 min ABŞ dolları, Qazaxıstandan 240 min ABŞ dolları, Ermənistandan 193 min ABŞ dolları, Polşadan isə 161 min ABŞ dolları dəyərindən siqaret idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.