Gürcüstan Azərbaycandan sement idxalını azaldıb

Biznes
  • 20 may, 2022
  • 11:03
Gürcüstan Azərbaycandan sement idxalını azaldıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 8,402 min ABŞ dolları dəyərində 166 489 ton sement idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 2,2 % azdır.

Hesabat dövründə qonşu ölkə Azərbaycandan ümumi dəyəri 13,641 min ABŞ dolları olan 16 958 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar da tədarük edib. Bu, illik müqayisədə 1,7 dəfə çoxdur.

44 - Tezliklə