Gürcüstan Azərbaycandan sement idxalını 12,6% artırıb

Gürcüstan Azərbaycandan sement idxalını 12,6% artırıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Gürcüstana 230 819,7 ton sement ixrac edib.
Biznes
19 Avqust , 2019 12:09
Gürcüstan Azərbaycandan sement idxalını 12,6% artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Gürcüstana 230 819,7 ton sement ixrac edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin ümumi dəyəri 12 805,2 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana ixrac olunan sementin həcmi 25 934,7 ton və ya 12,6% çoxdur.

Ötən ilin eyni dövründə Gürcüstan Azərbaycandan 10 305,3 min dollar dəyərində 204 885 ton sement alıb.

Orphus sistemi