Gürcüstan Azərbaycandan rekord dəyərdə əczaçılıq məhsulları alıb

Biznes
  • 28 mart, 2024
  • 08:26
Gürcüstan Azərbaycandan rekord dəyərdə əczaçılıq məhsulları alıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 1,37 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ildə eyni dövr üçün ən yüksək göstəricidir və 2023-cü ilin eyni dövrünə nisbətən 63 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 126 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 50 % çoxdur.

O cümlədən Gürcüstan Türkiyədən 45,4 milyon ABŞ dolları, İsveçrədən 19,43 milyon ABŞ dolları, Almaniyadan 14,7 milyon ABŞ dolları, Macarıstandan 6,5 milyon ABŞ dolları, Sloveniyadan 2,93 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 651 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib ki, bunun da 2,8 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.