Gürcüstan Azərbaycandan kimya məhsulları idxalına çəkdiyi xərci 46 % artırıb
- 28 mart, 2024
- 05:50
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 2,8 milyon ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 46 % çoxdur.
2 ay ərzində Gürcüstan xarici ölkələrdən 232 milyon ABŞ dolları dəyərində analoji məhsul alıb ki, bu da illik müqayisədə 27 % çoxdur.
Hesabat dövründə Gürcüstana Türkiyədən 72,2 milyon ABŞ dolları, Almaniyadan 22,4 milyon ABŞ dolları, İsveçrədən 21 milyon ABŞ dolları, Fransadan 16 milyon ABŞ dolları, Rusiyadan isə 15,4 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 1,4 milyard ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib ki, bunun da 12,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.