Gürcüstan Azərbaycandan keramika alışına çəkdiyi xərci 23 dəfə artırıb
- 22 iyun, 2024
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 183,34 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvələ nisbətən 23 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 44,74 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 14 % azdır.
Bu ilin ilk 5 ayında Gürcüstan İrandan 10,71 milyon ABŞ dolları, İspaniyadan 9,11 milyon ABŞ dolları, Çindən 7,81 milyon ABŞ dolları, Türkiyədən 7,6 milyon ABŞ dolları, İtaliyadan 3,71 milyon ABŞ dolları dəyərində məhsul alıb.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 128 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bunun da 89 min ABŞ dolları Azərbaycanın payına düşüb.