Gürcüstan Azərbaycandan əczaçılıq məhsullarının alışını 12 dəfə artırıb

Biznes
  • 26 sentyabr, 2023
  • 07:14
Gürcüstan Azərbaycandan əczaçılıq məhsullarının alışını 12 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,6 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 12 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 421 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 31 % çoxdur. O cümlədən, Gürcüstan Türkiyədən 95,4 milyon ABŞ dolları dəyərində, İsveçrədən 56,6 milyon ABŞ dolları dəyərində, Almaniyadan 44,5 milyon ABŞ dolları dəyərində, Fransadan 28 milyon ABŞ dolları dəyərində, Macarıstandan 25 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 483,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bunun da 379 min ABŞ dolları Azərbaycanın payına düşüb.

44 - Tezliklə