Gürcüstan Azərbaycandan əczaçılıq məhsulları alışına çəkdiyi xərci kəskin artırıb
- 20 noyabr, 2023
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 2,8 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 11 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 528,6 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 34 % çoxdur.
2023-cü ilin 10 ayı ərzində Gürcüstan Türkiyədən 127 milyon ABŞ dolları dəyərində, İsveçrədən 69 milyon ABŞ dolları dəyərində, Almaniyadan 55 milyon ABŞ dolları dəyərində, Macarıstandan 34 milyon ABŞ dolları dəyərində, Fransadan 33 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 483,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bunun da 378 min ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 28 % artıb.