Gürcüstan Azərbaycandan dəmir və polad tədarükünü kəskin artırıb

Biznes
  • 20 fevral, 2024
  • 11:48
Gürcüstan Azərbaycandan dəmir və polad tədarükünü kəskin artırıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 1,1 milyon ABŞ dolları dəyərində dəmir və polad idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana dəmir və polad tədarük edən 23 ölkə sırasında 5-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 37,3 milyon ABŞ dolları dəyərində dəmir və polad alıb ki, bu da bir il əvvəlki göstəricidən 49 % çoxdur. O cümlədən, Gürcüstan Rusiyadan 17,4 milyon ABŞ dolları, İrandan 12,3 milyon ABŞ dolları, Türkiyədən 3,32 milyon ABŞ dolları, Çindən isə 1,8 milyon ABŞ dolları dəyərində dəmir və polad idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 368 milyon ABŞ dolları dəyərində dəmir və polad alıb ki, bunun da 34 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.