Gürcüstan Azərbaycandan cilalanmış şüşə tədarükünü 153 dəfə artırıb

Biznes
  • 08 iyul, 2022
  • 08:38
Gürcüstan Azərbaycandan cilalanmış şüşə tədarükünü 153 dəfə artırıb

Bu ilin ilk 4 ayında Azərbaycan 4,479 milyon ABŞ dolları dəyərində 1 059,86 min kvadratmetr cilalanmış şüşə ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 dəfə, kəmiyyət olaraq – 6,2 dəfə çoxdur.

Hesabat dövründə Ukraynaya 1,384 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 91 dəfə artıb) 319,15 min kvadratmetr (+53 dəfə), Türkiyəyə 1,261 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 333,02 min kvadratmetr (+2,1 dəfə), Gürcüstana 643,02 min ABŞ dolları dəyərində (+107 dəfə) 153,1 min kvadratmetr (+153 dəfə), Rusiyaya 453,8 min ABŞ dolları dəyərində (+45 dəfə) 86,81 min kvadratmetr (+22 dəfə), İsrailə 353,22 min ABŞ dolları dəyərində 69,2 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti