Gürcüstan Azərbaycandan alüminium idxalına çəkdiyi xərci rekord həddə çatdırıb

Biznes
  • 24 yanvar, 2024
  • 08:39
Gürcüstan Azərbaycandan alüminium idxalına çəkdiyi xərci rekord həddə çatdırıb

2023-cü ildə Gürcüstan Azərbaycandan 739 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ilin ən yüksək göstəricisidir və 2022-ci illə müqayisədə 9,2 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 139 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 7,7 % çoxdur. O cümlədən, Gürcüstan Türkiyədən 83 milyon ABŞ dolları, Çindən 12,4 milyon ABŞ dolları, Rusiyadan 10,3 milyon ABŞ dolları, İtaliyadan 7,2 milyon ABŞ dolları, Ukraynadan 5,1 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 130 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 80 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti