Gürcüstan Azərbaycana tekstil malları ixracını 50 %-ə yaxın artırıb

Biznes
  • 20 dekabr, 2023
  • 08:46
Gürcüstan Azərbaycana tekstil malları ixracını 50 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 18,7 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 48,4 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın tekstil və tekstil məmulatları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 213 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 4,5 % azdır. O cümlədən, Gürcüstandan Türkiyəyə 110,2 milyon ABŞ dolları dəyərində, Ermənistana 39,15 milyon ABŞ dolları dəyərində, Polşaya 10,1 milyon ABŞ dolları dəyərində, İtaliyaya 7,4 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 240 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib ki, bunun da 14,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 6,4 % azalıb.

44 - Tezliklə