Gürcüstan Azərbaycana avtomobil aksesuarı və ehtiyat hissələri ixracını 50 % artırıb

Biznes
  • 19 oktyabr, 2023
  • 13:16
Gürcüstan Azərbaycana avtomobil aksesuarı və ehtiyat hissələri ixracını 50 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 2,5 milyon ABŞ dolları dəyərində 110 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 10,32 milyon ABŞ dolları dəyərində 609 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 17 % çoxdur. O cümlədən, Gürcüstann Birləşmiş Ərəb Əmirliklərinə 1,9 milyon ABŞ dolları dəyərində 79 ton, Ermənistana 1,74 milyon ABŞ dolları dəyərində 191 ton, Amerika Birləşmiş Ştatlarına 1,37 milyon ABŞ dolları dəyərində 101 ton, Türkiyəyə 940 min ABŞ dolları dəyərində 44,5 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 11,85 milyon ABŞ dolları dəyərində 692 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,5 milyon ABŞ dolları dəyərində 98,2 tonu Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan sözügedən məhsulların tədarükünə çəkdiyi xərci 19 %, onun həcmi isə 6,5 % artıb.