“Göygöl Şərab Zavodu”nun xalis mənfəəti 7 dəfə azalıb
- 30 iyun, 2022
- 04:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“Göygöl Şərab Zavodu” ASC 2021-ci li 208 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 6,9 dəfə azdır.
Ötən il “Göygöl Şərab Zavodu”nun vergiyəqədərki mənfəəti 332 min manat (illik müqayisədə 5,1 dəfə az), mənfəət vergisi ödəmələri 124 min manat (2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Göygöl Şərab Zavodu”nun aktivləri 58,031 milyon manat olub ki, bu da illik müqayisədə 7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 33,2% artaraq 14,395 milyon manata, balans kapitalı isə 0,5% artaraq 43,636 milyon manata çatıb.
Xatırladaq ki, “Göygöl Şərab Zavodu” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,462 milyon manatdır.