Dekabrın 3-5-də Göyçay rayonunda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.
Bu barədə “Report” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 29-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər:
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.