“Google” şirkəti “Wikipedia” üçün ianə ayırıb

“Google” şirkəti “Wikipedia” üçün ianə ayırıb Bakı. 23 yanvar. REPORT.AZ/ “Google” korporasiyası “Wikipedia” (“Vikipediya”) internet ensiklopediyasının inkişafı üçün 3 milyon ABŞ dolları məbləğində ianə ayırıb.
Biznes
766
23 Yanvar , 2019 13:07
“Google” şirkəti “Wikipedia” üçün ianə ayırıb

Bakı. 23 yanvar. REPORT.AZ/ “Google” korporasiyası “Wikipedia” (“Vikipediya”) internet ensiklopediyasının inkişafı üçün 3 milyon ABŞ dolları məbləğində ianə ayırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Google.org” xeyriyyə fondunun prezidenti Jaklin Fuller həmin məbləğin 1,1 milyon dollarının ensiklopediyanın sahibi olan “Wikimedia Foundation” qeyri-sahibkar fonduna, 2 milyon dollaradək hissəsinin isə xüsusi yaradılmış “Wikimedia” fonduna çatdığını bildirib.

Maliyyə ianəsinlə yanaşı, tərəflər həmçinin “Wikipedia”nın yayımlandığı dillərin çoxalmasına yönələn birgə layihə də həyata keçirəcəklər. “Project Tiger” (pələng layihəsi) adlı həmin layihə çərçivəsində bir sıra məqalələr daha çox Hindistan, Banqladeş, Pakistan ərazisində işlədilən Hind-Ari qrupuna aid 12 məhəlli dilə tərcümə edilib. Həmçinin yaxın vaxtlarda “Wikipedia”ya daha onadək dilin əlavə olunacağı da qeyd olunub.

“Redaktorların şəbəkəyə daha çox məlumat və bilik əlavə etmələri üçün səylər davam edincə, bizim də məqsədimiz “Wikimedia”nın layihələrinə gələcək nəsillər naminə uzunmüddətli dəstək vermək olacaq”, - Jaklin Fuller deyib.

“Google” indiyədək “Wikipedia” üçün 7,5 milyon dollardan çox vəsait ayirib.

Son xəbərlər

Orphus sistemi