“Google” işçilərinə evdən işləməyə icazə verdi

“Google” işçilərinə evdən işləməyə icazə verdi “Google” şirkəti yeni növ koronavirusa yoluxma riskini azaltmaq üçün Şimali Amerikadakı işçilərinə evdən işləməyi tövsiyə edib.
Biznes
11 Mart , 2020 11:09
“Google” işçilərinə evdən işləməyə icazə verdi

“Google” şirkəti yeni növ koronavirusa yoluxma riskini azaltmaq üçün Şimali Amerikadakı işçilərinə evdən işləməyi tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

“Şimali Amerikadakı bütün ofislər hazırda evdən işləməyin tövsiyə olunduğu statusdadır. Məqsədimiz ofislərdəki insanların sayını azaltmaqdır. Çünki mütəxəssislər bunun COVID-19-un yayılma sürətini azaldacağını söyləyirlər”, - “Google” şirkətinin açıqlamasında deyilir.

Telekanalın məlumatına görə, şirkətin Şimali Amerikadakı ofislərində ümumilikdə azı 100 min insan çalışır.

Son xəbərlər

Orphus sistemi