“Google” fitnes qolbağı istehsalçısı “Fitbit”in alışını tamamlayıb

“Google” fitnes qolbağı istehsalçısı “Fitbit”in alışını tamamlayıb “Alphabet Inc.” kanqlomeratına daxil olan ABŞ-ın “Google” şirkəti fitness qolbağı istehsalçısı “Fitbit Inc.”in 2,1 milyard ABŞ dollarına satınalınması ilə bağlı müqaviləni rəsmən bağlayıb.
Biznes
164
15 Yanvar , 2021 11:12
“Google” fitnes qolbağı istehsalçısı “Fitbit”in alışını tamamlayıb

“Alphabet Inc.” kanqlomeratına daxil olan ABŞ-ın “Google” şirkəti fitnes qolbağı istehsalçısı “Fitbit Inc.”in 2,1 milyard ABŞ dollarına satınalınması ilə bağlı müqaviləni rəsmən bağlayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, şirkətlər 2019-cu ilin noyabrında sövdələşməni elan etsələr də, antiinhisar tənzimləyicilərinin, xüsusən də Avropa İttifaqındakı tənzimləyicilərin uzanan yoxlamaları səbəbindən uzun müddət onu başa çatdıra bilməmişdi.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Avropa Komissiyası istifadəçi məlumatlarının qorunmasını və mobil cihazlar bazarında rəqabəti təmin etməyi hədəfləyən bir sıra şərtlərlə sazişi təsdiqləyib.

“Google” “Fitbit” istifadəçilərinin məlumatlarının məxfiliyini qorumağa davam edəcək”, - “Fitbit”in baş icraçı direktoru Ceyms Park cihaz istifadəçilərinə müraciətində bildirib.

“Google” qlobal tənzimləyicilər qarşısında bir sıra qəti öhdəliklər götürərək “Fitbit” istifadəçilərinin məlumatlarının reklam məqsədləri üçün istifadə olunmayacağına və şirkətin reklam üçün istifadə etdiyi digər məlumatlardan ayrı saxlanılacağına söz verib.

Son xəbərlər

Orphus sistemi