Gömrükçülər yardımlarını davam etdirirlər

Gömrükçülər yardımlarını davam etdirirlər Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 120 ailəyə yardım ediblər.
Biznes
15 Aprel , 2020 14:50
Gömrükçülər yardımlarını davam etdirirlər

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 120 ailəyə yardım ediblər.

"Report"un quruma istinadən verdiyi xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Şirvan" və "Xudafərin" gömrük postları, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu və Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. 

Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Son xəbərlər

Orphus sistemi