Gömrükçülər daha 80 ailəyə yardım ediblər

Gömrükçülər daha 80 ailəyə yardım ediblər Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 80 ailəyə yardım ediblər.
Biznes
16 Aprel , 2020 14:13
Gömrükçülər daha 80 ailəyə yardım ediblər

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 80 ailəyə yardım ediblər. 

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Cənub Ərazi Baş Gömrük İdarəsi və idarənin "Biləsuvar" gömrük postunun, DGK İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Son xəbərlər

Orphus sistemi