Gənc ixtiraçı ilə Patent və Əmtəə Nişanları Mərkəzi arasında müqavilə imzalanıb

Gənc ixtiraçı ilə Patent və Əmtəə Nişanları Mərkəzi arasında müqavilə imzalanıb Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Patent və Əmtəə Nişanları Mərkəzində gənc azərbaycanlı ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib.
Biznes
4 Dekabr , 2017 16:36
Gənc ixtiraçı ilə Patent və Əmtəə Nişanları Mərkəzi arasında müqavilə imzalanıb
Azstand.gov.az

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Patent və Əmtəə Nişanları Mərkəzində gənc azərbaycanlı ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib.

“Report” bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Mərkəzin baş direktoru Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən R.Camalovanı təbrik edib. O bildirib ki, qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir.

Gənc ixtiraçı R.Camalova ixtirası haqqında məlumat verərək müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu – “Rainergy” qurğusunun hazırladığını deyib, ixtirasının iş prinsipi barədə ətraflı məlumat verib.

İxtiraya patent alınmasına dair iddia ərizəsinin verilməsi ilə bağlı təklifi yüksək qiymətləndirən R.Camalova ilə Mərkəz arasında müqavilə imzalanıb. Eyni zamanada ixtiranın beynəlxalq qeydiyyatı üçün köməklik göstəriləcəyi diqqətə çatdırılıb. İddia üzrə müvafiq prosedurların, ekspertiza və digər hüquqi hərəkətlər üzrə xərcləri Mərkəz öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi