Gələn il Udmurtiya Azərbaycanda ticarət nümayəndəliyini genişləndirəcək

Gələn il Udmurtiya Azərbaycanda ticarət nümayəndəliyini genişləndirəcək 2023-cü ildə Rusiya Federasiyasının Udmurt Respublikası Azərbaycanda ticarət nümayəndəliyi şəbəkəsini genişləndirməyi planlaşdırıb
Biznes
9 Dekabr , 2022 12:31
Gələn il Udmurtiya Azərbaycanda ticarət nümayəndəliyini genişləndirəcək

2023-cü ildə Rusiya Federasiyasının Udmurt Respublikası Azərbaycanda ticarət nümayəndəliyi şəbəkəsini genişləndirməyi planlaşdırıb.

“Report”un məlumatına görə, bu barədə Rusiyanın Udmurtiya Respublikası başçısının və hökumətinin mətbuat xidməti xəbər verib.

Udmurtiyanın Baş nazirinin birinci müavini Konstantin Suntsov bildirib ki, respublika gələn il beynəlxalq işgüzar səfərlər baxımından işi intensivləşdirməyi planlaşdırır: “Udmurtiya 2023-cü ildə Azərbaycan və Vyetnamda ticarət nümayəndəliklərini genişləndirmək niyyətindədir".

Onun sözlərinə görə, artıq İran, Vyetnam, Misir, Türkiyə və digər dost ölkələrə işgüzar səfərlər planlaşdırılır: “Bu il Azərbaycan, Özbəkistan, Qazaxıstan və Belarusa biznes missiyaları təşkil olunub. Qlobal sanksiya məhdudiyyətlərinə baxmayaraq, tədarükçülər ixrac səviyyəsini saxlayır. Bu ilin 9 ayında kiçik və orta biznesin qeyri-xammal qeyri-enerji ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artıb. İxracın coğrafiyası 71 ölkə olub.

O, əlavə edib ki, 11 ayda Udmurtiyanın İnkişaf Korporasiyasının İxraca Dəstək Mərkəzinin yardımı ilə 33 şirkət 23,3 milyon ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalayıb.

Son xəbərlər

Orphus sistemi